ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcək
11 Sentyabr 2012 11:11 (UTC+04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin
şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 12-də
Azərbaycan Respublikasının Göygöl rayonunun Ömər dağ keçidindəki
təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqi
Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi
nümayəndəsinin səhra köməkçisi Jiri Aberle və şəxsi köməkçi Uilyam
Prayor, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan
sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi
Xristo Xristov keçirəcəklər.