Ukraynanın erməni daxili işlər nazirini gürcü qızı əvəzləyə bilər

4 İyun 2015 20:30 (UTC+04:00)

"Daxili İşlər Nazirliyində islahatlarla bağlı qanunlar qəbul edilməyə başlanıb. Həmin qanunlar güc strukturlarını siyasi qurumlardan ayırır. Bələdiyyə asayişçiləri və yeni polis sistemi yaranır. Mən yeni polis sisteminin başında Eka Zquladze kimi şəxsi görmək istəyirəm". Movqe.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko bildirib. Ukrayna prezidenti deyib ki, ölkəsinin polis sisteminə Ukraynanın daxili işlər nazirinin birinci müavini, Gürcüstan daxili işlər nazirinin keçmiş müavini Eka Zquladze kimi adam başçılıq etməlidir.Xatırladaq ki, 2014-cü ilin dekabrında Ukrayna hökumətinin qərarı ilə Eka Zquladze daxili işlər nazirinin birinci müavini təyin edilib.Yeri gəlmişkən, Ukraynanın indiki daxili işlər naziri əslən Bakı ermənilərindən olan Arsen Avakovdur.