36 dərəcə isti olacaq
5 İyun 2015 13:00 (UTC+04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda
və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,
arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim
şimal küləyi əsəcək. Havanın
temperaturu gecə 19-22, gündüz 28-33 dərəcə isti olacaq. Atmosfer
təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65
faiz təşkil edəcək. Abşeron
çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı,
Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan,
Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti
təşkil edəcək. Azərbaycanın
rayonlarında iyunun 05-də hava şəraitinin əsasən yağmursuz
keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış
yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir
güclənəcək. Havanın temperaturu gecə
18-23, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti
olacaq.