Sabah Bakının bir neçə əsas küçə və prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

5 İyun 2015 15:05 (UTC+04:00)

Movqe.az-ın APA-ya istinadən məlumatına görə, 12 iyunda başlanacaq Bakı 2015 Avropa Oyunları sınaq tədbiri ilə əlaqədar Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu qovşağınadək olan hissəsi 6 iyun tarixindAə axşam saat 16:00-dan növbəti gün gecə saat 02:00-dək ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq.

Eyni zamanda Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissəsi də həmin müddətdə ümumi nəqliyyatın hərəkəti üçün bağlanacaq.