Prezident İlham Əliyev Azərbaycan Boks Federasiyasının inzibati binasının və “Qafqaz Baku Sport Hotel”in açılışlarında iştirak edib

5 İyun 2015 15:40 (UTC+04:00)

Movqe.az-ın APA-ya istinadən məlumatına görə, dövlət başçısı əvvəlcə federasiyanın inzibati binasının rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycan prezidenti və xanımı burada yaradılan muzeylə tanış olublar. Onlar federasiya rəsmiləri, birinci Avropa Oyunlarında ölkəmizi təmsil edəcək boksçularla görüşüblər. Sonra xatirə şəkli çəkdirilib.

Sonra dövlət başçısı "Qafqaz Baku Sport Hotel"in rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev və Mehriban Əliyeva oteldə yaradılan şəraitlə tanış olublar.