Təhsil Nazirliyindən TQDK-ya CAVAB

5 İyun 2015 17:10 (UTC+04:00)

Təhsil Nazirliyi iyunun 2-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Bakıda XI və IX siniflər üçün keçirdiyi buraxılış imtahanlarının nəticələrinə münasibət bildirib. Təhsil Nazirliyindən Movqe.az-ın sorğusuna verilən cavaba görə, TN buraxılış imtahanlarının nəticələrin  şərhi üçün prosesin tam olaraq yekunlaşmasını gözləməyi düzgün hesab edir: "Mediada təqdim olunmuş məlumatlar sistemli olmadığından və daha çox populist  xarakter daşıdığından bu məlumat əsasında məsələyə münasibət bildirmək doğru deyil".