Axşam bu yol bağlanacaq

5 İyun 2015 17:30 (UTC+04:00)

Bu gün axşam saat 22:00-dan etibarən səhər saatlarınadək Bakı-Ələt avtomobil yolunun Azneft meydanından Bakı Su İdman Mərkəzinə qədər olan hissəsində "Oyunlar zolağı"nın yenidən rənglənməsi işləri həyata keçiriləcək. "Azəryolservis" ASC-dən Movqe.az-a verilən məlumata görə, işlər hər iki istiqamətdə aparılacaq və bununla əlaqədar olaraq sözügedən yolda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.


Qeyd edək ki, I Avropa Oyunlarında müəyyən edilən marşrut üzrə əsas yol şəbəkəsində "Oyunlar zolağı"nın yenidən rənglənməsi işləri Ziya Bünyadov prospektində, "Bakı Dairəvi-1" avtomobil yolunda, Bakı-Ələt avtomobil yolunun Lökbatan dairəsindən Bibiheybət məscidinədək olan hissəsində yekunlaşıb.