Yeni Zelandiya ilk Avropa Oyunlarını səbirsizliklə gözləyir

5 İyun 2015 18:10 (UTC+04:00)

Yeni Zelandiyanın nüfuzlu "Sky Sport" kanalı növbəti həftədən etibarən tamaşaçılarına mötəbər idman festivalının həyəcanını təqdim edəcək. Movqe.az xəbər verir ki, bu barədə kanalın veb-səhifəsində ətraflı məlumat yerləşdirilib.

Bildirilir ki, Azərbaycanın qədim şəhəri Bakı Avropanın bütün ölkələrini təmsil edən 6000-dən artıq atleti qəbul edəcək və bu innovativ multi-idman yarışı ilk dəfə olaraq "Sky Sport"un canlı efirində təqdim ediləcək.

Avropa Oyunlarının proqramına daxil edilən idman növləri və yarışlar barədə ətraflı məlumat verilən yazıda, həmçinin Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin "Sky Sport" kanalı ilə imzalanan yayım müqaviləsinin əhəmiyyəti barədə fikirlər öz əksini tapıb.