"Nə olar gəl mənə hirslən" - Sevda

5 İyun 2015 19:10 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, sənətçi ağır günlər keçirdiyini bildirib: "Ana, sənsiz yaşamağa çalışmaq, görmədən günə başlamaq, dərdləşmədən həyata davam etmək nə çətindir... Sənsiz nəyəsə qərar vermək necə çətin gəlir mənə. Axı sənsizliyə hazır deyildim. Mən sənsiz necə bacaracam? İndi sağ olsaydın və mənim belə yazmağımı görsəydin hirslənəcəkdin: "Qızım, qürurlu ol. Heç kimin qarşısında pis olduğunu bildirmə. Göz yaşını göstərmə". Sən yoxsan indi mən qürursuzluq edirəm, ağlayıram. Nə olar gəl mənə hirslən. Səhv etməkdən, sənsizlikdən qorxuram".

Qeyd edək ki, S.Sanəliyevanın anası böyrək çatışmazlığından əziyyət çəkirdi.