Bakıda 3 nəfər xilas edildi

7 İyun 2015 22:00 (UTC+04:00)

Movqe.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda yaşayış binasının liftində 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.


Xilasedicilər liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar.