Kəpənəyin qanadlarındakı insan fiquru çaşdırdı

8 İyun 2015 13:50 (UTC+04:00)

Trabzonun Hayrat mahalında bu gün bir çay bağçasında görülən və qanadlarındakı insan fiquru ilə diqqət çəkən kəpənək cib telefonu obyektivinə yaxalanıb.


Movqe.az xəbər verir ki, mahalın Geçitli kəndində çay bağçasına çay kəsməyə girən Süleyman Öztürk və Səlahəddin Saitoğlu, çay kəsərkən çay qayçısının üzərinə qonan kəpənəyi görəndə heyrətə düşüblər.




Kəpənəyin qanadlarında saqqallı bir insan fiquru görən və bunu cib telefonu ilə çəkən Saitoğlu, kəpənəyin bir müddət sonra uçaraq yanlarından uzaqlaşdığını ifadə edib.