“Azərbaycan yığması sürətli oyunçuları ilə Lüksemburqdan fərqlənir”

11 Sentyabr 2012 16:28 (UTC+04:00)
"Azərbaycan milli komandasını hardasa Lüksemburqa oxşatmaq olar.
Lakin indiki rəqibimiz 4 gün əvvəl qonağı olduğumuz komandanın müəyyən mənada seçilir". Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliya milli komandasının baş məşqçisi Paulu Bentu deyib.
O, bu gün Azərbaycan yığması ilə DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək oyun haqda fikirlərini açıqlayıb: "Bu da daha çox sürətli oyunçuların olmasındakı fərqlə bağlıdır. Onlar qarşılarında boş sahə tapan kimi meydanın dərinliyindən təhlükə yaradırlar. Böyük ehtimalla yenə eyni "11-liy"i meydana buraxacam. Lüksemburqla qarşılaşmanın start heyətində dəyişiklik edəcəyim inandırıcı deyil. Biz taktiki cəhətdən inkişaf etməliyik. İtkisiz, sabit çıxış etməliyik".