Zakir Qaralovdan yeni TƏYİNAT

8 İyun 2015 13:10 (UTC+04:00)

Ağdam rayonuna yeni prokuror təyin edilib. Movqe.az-ın Lent.az-a istinadən məlumatına görə, baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Füzuli rayon prokuroru Rafail Zeynalov tutduğu vəzifədən azad edilib və Ağdam rayonunun prokuroru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bu ilin fevral ayında Ağdam rayon prokuroru Kamran Əhmədov tutduğu vəzifədən azad edilərək Saatlı rayon prokuroru vəzifəsinə təyin edilmişdi.