Sabah Azərbaycanda 36 dərəcə isti olacaq

8 İyun 2015 15:40 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Movqe.az-a verilən məlumata görə, gündüz mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-21, gündüz 27-29 dərəcə isti olacaq.

Çimərliklərdə dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlıq və dağətəyi rayonlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.