İsrail I Avropa Oyunlarına 142 nəfərlik nümayəndə heyəti göndərəcək

8 İyun 2015 16:30 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, bu barədə "jewishnews.co.uk" saytı xəbər yayıb.

 

İsraildən Azərbaycana 142 idmançının gələcəyi bildirilir: "Bakının ev sahibliyi edəcəyi 6000-dən artıq idmançının mübarizə aparacağı Avropa Oyunlarına 600 mindən çox tamaşaçının gələcəyi gözlənilir. Dünya üzrə oyunları izləyəcək televiziya tamaşaçılarının sayı isə 1 milyarddan artıq olacaq. Burada 20 idman növü üzrə yarışlar təşkil ediləcək. 12 idman növü üzrə Rio-2016 Olimpiya Oyunları üçün təsnifat lisenziyaları müəyyənləşdiriləcək".