Movqe.az günün qoroskopunu təqdim edir.
![]() Yeni iş üçün əlverişli zamandır. Günün ikinci yarısıda yeni xəbər, yeni təklif, yeni tanışlıqla qarşılaşa bilərsiniz. Faydasız məqsəd və fantaziyalardan qurtulun, yerinizdə saymayın, qəti qərar qəbul edin. Yeni tapşırıq, iş və marağa can atın. |
![]() Günün ikinci yarısında əhvalınız dəyişə bilər. Səhhətinizi, özünüzü qoruyun. Münaqişəli situasiyalar, ailədəki davalar, emosional insanlarla təmaslara aludə olmayın. Axşam saatlarında fiziki işlə məşğul olun, yaşamda nizam yaradın. Tez nəticə verəcək iş görün. |
![]() Axşam saatlarında qəfil xəbər və ya çoxdan yığılıb qalan gərginlik əhvalınızı dəyişə bilər. Əlahiddə risk olmadan sakitləşməyə çalışın. Axşam saatlarını evdə keçirin, uzaq yola çıxmayın. |
![]() Nahardan sonra aktivlik artacaq. Sizi işlərdə və ya münasibətlərdə mühüm dönüşə aparan spontan hadisə baş verə bilər. Aktiv olun, tez qərar qəbul edəcəyinizi istisna etməyin. Görülən işə münasibətlərdə və ya sizinlə ümumi işi, planları olan insanlardan biri ilə əlaqələrdə dəyişiklik yarana bilər. |
![]() Günün energetikası ikindi çağından sonra dəyişməyə başlayacaq. Hansısa mühüm dəyişikliklərin yaxınlaşmasını hiss edəcəksiniz. Görüş, yazışma və telefon danışıqlarının qayəsi də buna dəlalət edir. İnformasiya ilə işləyin, alınan xəbər və təklifləri təhlil edin. Təkliflərlə bağlı illüziyalara qatılmayın. Maraqlandığınız ünsürü araşdırın. Romantik olmayın, gəlir və mənfəət əldə etməyə çalışın. |
![]() Çevik və qıvraq olun, mütəhərrik davranın, yaxın ətrafınızdakı insanları barışdırın. Bəzi problemləri yaranmamış həll etmək olar: yetər ki, sayıq davranasınız. İntensivliyi azalan emosiyalar fonunda mübhəm hisslər coşa bilər. Lakin unutmayın ki, eşitdiyiniz və gördüklərinizin arasında birmənalı olmayan məqamlar var. Hadisələrin mürəkkəb qarışığı vaxtıdır. Qərar və dəyərləndirmələrdə tələsməyin. Bəzi hadisələrə dərhal reaksiya verməli, bəzilərində isə olayların təbii inkişafını gözləməlisiniz. Günün ikinci yarısı və axşam saatları sürprizlər vəd edir. Təklif və ya xəbər olarsa, durum çətinləşə bilər. Aktiv mövqe tutun. |
![]() Hansısa iş və ya mövzu qəflətən cazibədarlığını itirərək arxa plana düşə bilər. İş yoldaşı, tərəfdaş və ya şərik sizə təzyiq, yaxud da təsir etməyə çalışacaq. Planlar qurun, amma hələlik heç nə vəd etməyin. İş yerində qayda və nizam yaradın. Daxili tarazlığı bərpa edin, fikrinizi cəmləyin. |
![]() Mühüm olayı başa vurandan sonra yeni orientirləri müəyyənləşdirin. Axşam saatlarında mütləq istirahət üçün vaxt tapın. Yorğunluq indi məsləhət deyil. Bir qədər aktiv olun. Məlumat axtarışı, ünsiyyətdə xeyir var. |
![]() Spontan hərəkət edin. Axşam saatlarında tanımadığınız yerlərdə çox dolaşmayın. Evdə sizi sürpriz gözləyir. Gecə saatlarında yola çıxmayın. |
![]() İşdə rəhbərliyin, evdə valideynlərin dediklərini sakit dinləyin. Ailə ierarxiyasında sizdən üstün yer tutan insan sizə öz mövqeyini və ya fəaliyyət planını təlqin etməyə çalışacaq. Tələsməyin, yaşananlardan fayda əldə etməyə cəhd göstərin. Şəxsi maraqlarınız fikrinizi dağıtmağa, əhvalınızı pozmamağa imkan verəcək. Axşam saatlarını planlarınıza həsr edin, dincəlin. |
![]() Günün ikinci yarısıda yeni xəbər alınacaq, yeni imkan yaranacaq. Hadisələr yeni vaxtda bir neçə istiqamətdə inkişaf edərsə, gərginlik və ya narahatlıq yarana bilər. İşlər arasından birini seçin, yaxın ətrafınızdakı insanların sizə mane olmasına imkan verməyin. Ailədə, evdə yeniliklər ola bilər. Yaxınlarınıza diqqətli, qayğılı olun. Yardım və dəstək xahişlərini yerə salmayın. Özünüzə vaxt sərf etməkdən utanmayın. |
![]() Şəxsi münasibətlərdə arzuolunmaz aşkarlıq və ya seçim məcburiyyəti yarana bilər. Tələsməyin, qəti addım atmazdan əvvəl nəticələr barədə düşünün. Aldığınız təkliflərlə bağlı illüziyalara qapılmayın. Həyatınızda reallaşan ideyalarda rasional məzmun arayın. Maliyyə və ya vaxt çatışmazlığından yarımçıq qalmış işi davam etdirmək imkanı, yaxud da o işə qayıtmaq ehtiyacı yarana bilər. |