Avstriyada "hiss edən protez ayaq" tanıdıldı

9 İyun 2015 15:20 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Dünyanın ilk hiss edən protez ayağı, Avstriyanın paytaxtı Vyanada təqdim olunub. Linz Universitetindən Protez mütəxəssisi Prof. Dr. Hubert Egger, qrupuyla birlikdə Vyanada təşkil etdiyi mətbuat konfransında, uzun araşdırmalar nəticəsində inkişaf etdirdiyi və "hiss edən protez ayaq" adını verdiyi məhsulunu ictimaiyyətə tanıdıb. Egger, xəstənin ombasından ayağına doğru uzanan sinirləri yenidən bərpa edərək dəri altına yaxın bir bölgəyə yerləşdirdiklərini və protez ayağın, döşəməsinə yerləşdirilən 6 ədəd sensorla süni ayağın içərisindəki süni xəbərdarlıqçılara bağlandığını söyləyib.


Egger, ayaq hərəkətlərinin meydana gətirdiyi təzyiq ilə ibarət olan siqnalların əvvəl əmr mərkəzinə, ordanda sinir ucları yolu ilə beynə çatdırıldığını bildirib. Doktor Egger addım atıldığı anda ayaq altındakı xəbərdar edicilərin beynə xəbərdarlıq göndərdiyini qeyd edərək, "Alıcılar beynə ayaq olduğunu söyləyir və protezi geyən adam, getdiyi zaman zəminin təzyiqini dərhal hiss edir. Hər şey düşünüldü. Nümunədə gördüyünüz kimi prosedur çox sadədir" deyə danışıb.



Egger, normal protezlərdə beyin ayağı hiss edə bilmədiyi üçün ağrılarının artdığını və yuxularının qaçdığını, ancaq hiss edilən protez ayaq ilə bu problemin də ortadan qalxdığını ifadə edib.


Keçirdiyi bir qəza nəticəsində meydana gələn qan laxtalanması səbəbiylə 2007-ci ildə sağ ayağı kəsilən Wolfgang Rangger, hiss edən protez ayağı təxminən 6 ay evində test edib.

Jurnalistlərin qarşısında protez ayağı sınayan Rangger, qurulan süni nərdivana problemsiz çıxıb. Rangger, protez ayaqlarıyla qaçdığını, velosiped sürdüyünü və hətta dırmandığını söyləyib.

"Özümü yenidən doğulmuş kimi hiss edirəm" deyən 54 yaşındakı Rangger, "Sanki ayağım yerindəymiş kimi hiss edirəm. Artıq buz üzərində sürüşüb düşmürəm və çınqıl, beton, çəmən və ya qumda rahatlıqla gedirəm. Yeni ayağımla kiçik çınqıl daşlarını belə hiss edə bilirəm" ifadələrini istifadə edib.


Yüksək texnologiyalı hiss edən ayaq protezin qiymətinin 10 min ilə 30 min avro arasında dəyişdiyi ifadə edilib. Ayaqlarını itirənlərin yenidən həyata bağlamaq üçün işlərini davam etdirdiklərini ifadə edən qrup, böyük bir şirkət quracaqlarını və bazar qiymətlərini aşağı salmaq üçün ən qısa müddətdə ardıcıl istehsala keçəcəklərini qeyd ediblər.