Tarix bəlli oldu- Dünyanın sonudur

9 İyun 2015 17:50 (UTC+04:00)

Movqe.az xəbər verir ki, dünyanın dağılacağıhaqqında yayılan xəbərlərə yenisi əlavə olunub. Bu dəfə bu fikrə mütəxəssislər də münasibət bildirib.

Dünyanın sonu barədə bir çox elmi bloqlar və saytlar artıq məlumat verib. Verilən məlumatlarda dünyanın sonunun bu payız ola biləcəyi qeyd edilib. Dəqiq tarix, 22 və 28 sentyabr olaraq yazılıb.


Bəzi mütəxəssislər bu yazılanlara münasibət bildiriblər və qeyd ediblər ki, "Bu nəzəriyyənin müəllifləri, üç aydan sonra yerin nəhəng meteoritlə toqquşacağını və nəticədə bütün canlı aləm məhv olacağını hesab edirlər.


Kosmik sahəsində özlərini ekspert adlandıran şəxslər isə, Apokalipsisin tezliklə ola biləcəyi haqqında Bibliyada da qeyd edildiyini bildiriblər. Onlar düşünürlər ki, meteorit zərbəsindən sonra yeddi illik sükut başlayacaq.


NASA isə bu məsələyə bir az başqa nöqteyi nəzərdən yanaşıb. Alimlər iddia edirlər ki, asteroidlərin böyük hissəsi atmosferdə yanır. Bu bizim planetin müdafiə təbəqəsidir.

"Bizim hesablamalarımıza görə, yaxın bir neçə yüz ildə Yer üçün heç bir təhlükə yoxdur - yəni hər hansı nəhəng kosmik cismlə toqquşma gözlənilmir".

Kosmik agentliyin nümayəndəsi isə deyir ki, həmkarları ilə daima toqquşma riskini minumuma endirmək üçün yeni texnologiyalar üzərində iş aparırlar.


Qeyd edək ki, bu dünyanın sonu ilə bağlı səslənən ilk fikir deyil. Belə ki, ən son ABŞ-dan olan rahib Harold Kempink Apokalipsisin 2015-ci ilin 21 mayında olacağını deyib. Onun dediklərini bir çox həmkarı da dəstəkləyib. İndi isə onlar iyun ayına kimi necə gəlib çıxdıqlarına təəccüblənirlər.