Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyi l Avropa Oyunları ilə əlaqədar birgə mətbuat konfransı keçirəcək

9 İyun 2015 23:00 (UTC+04:00)

Movqe.az-ın APA-ya istinadən məlumatına görə, saat 12:00-da "Four Seasons" otelinin "Segah" zalında keçiriləcək konfrans yerli və l Avropa Oyunlarını işıqlandırmaq üçün Azərbaycana gəlmiş xarici jurnalistlərin çoxsaylı müraciətlərinə əsasən təşkil olunur. 

Mətbuat konfransında Azərbaycanın daxili və xarici siyasəti, ictimai-siyasi həyatı, habelə l Avropa Oyunlarına hazırlıq mərhələsi, idman yarışlarının təşkili və digər məsələlərlə bağlı jurnalistləri maraqlandıran suallar cavablandırılacaq.