“Elektron Hökumət” istifadəçiləri artır- 2 milyona yaxın

10 İyun 2015 12:43 (UTC+04:00)
"Elektron hökumət" portalına daxil olanların sayı 1 891 533 nəfərə çatıb. Movqe.az-ın xəbərəinə görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanovun sözlərinə görə, statistik uçotun aparıldığı tarixdən - 2012-ci ilin dekabrından 2015-ci ilin may ayının 31-nə qədər portala daxil olanlar haqda toplanan məlumatlar göstərir ki, portala ümumilikdə 6,655,140 daxilolma qeydə alınıb.  Portala müraciət edənlərin ümumi sayı isə 1,891,533 nəfər olub. Belə ki, 1,891,533 nəfər ümumən 6,655,140 dəfə portala baxıb və 11,629,805 dəfə elektron xidmətlərə müraciət ediblər. Həmin şəxslər 23,800,474 dəfə müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 39 saniyə olub.