Azərbaycan paralimpiyaçılarımız Vətənə qayıdıblar

12 Sentyabr 2012 12:33 (UTC+04:00)
London Yay Paralimpiya Oyunlarında uğurla çıxış edən Azərbaycan yığması Vətənə qayıdıb.

Apasport.az saytının məlumatına görə, nümayəndə heyətini gətirən təyyarə bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. 

6 idman növündə 21 idmançı ilə təmsil olunan millimiz qəhrəman kimi qarşılanıb. Hava limanına toplaşanlar arasında idman ictimaiyyəti, azarkeşlər və onların qohumları olublar. 

Qeyd edək ki, yığmamız Londonda 4 qızıl, 5 gümüş və 3 bürünc medal qazanaraq, komanda hesabında 27-ci yeri tutublar.