Saakaşvilidən Azərbaycanla bağlı layihə

10 İyun 2015 14:00 (UTC+04:00)

Bu barədə Movqe.Az azvision.az-a istinadən xəbər verir.

Saakaşvili bildirib ki, Rusiyadan Avropaya yüklər 30 günə daşınır: "Azərbaycan və Gürcüstanın dəniz limanı Potidən Odessaya qədər yüklərin daşınması üçün cəmi 9 gün çəkə bilər. Biznesi bura gətirmək üçün yük daşımalarına tətbiq olunan tarifləri aşağı salmaq lazımdır. Tariflər yüksəkdir. İkincisi isə, bərə keçidləri, logistika mərkəzləri var".

Gürcüstanın sabiq prezidenti vurğulayıb ki, Odessa böyük potensiala malikdir. Onun sözlərinə görə, artıq bərə keçidi və logistik mərkəzlərinin tikintisinə pul yatırmaq istəyən investorlar da var: "Planların reallaşdırılması üçün Odessa vilayətini korrupsiyadan təmizləmək lazımdır".