Movqe.az xəbər verir ki, İngiltərədə Oxford Universitetində, 74 Oxfordshire məktəbində, 7-9 yaş arası 362 şagird üzərində aparılan araşdırmada belə nəticə çıxarılıb ki, oxumaqda çətinlik çəkən uşaqlara Omega 3 müsbət təsir edir.
Yağ turşularının beynin oxuma funksiyasını dəstəklədiyini ortaya çıxaran araşdırmada, gündə 600 mg Omega 3 verilən uşaqların oxuma güclərinin dörd ay içində azaldığı aydın olub. Ancaq araşdırma nəticələrinə görə, omeqa 3-ün müsbət təsiri, oxuma bacarığının ən aşağı olduğu, yüzdə 5-lik kiçik bir qrupda müşahidə edilib.
Omeqa 3 kimi yağ turşuları, balıq, dəniz məhsulları və bəzi yosun növlərində var.