Ceyms Uorlik: "Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün dəqiq tarixi məlum deyil"

11 İyun 2015 00:00 (UTC+04:00)

Movqe.az-ın "news.am" saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistanda səfərdə olan ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

 

C. Uorlik bildirib ki, Ermənistanın xarici işlər naziri və prezidenti ilə danışıqlar aparacaq: "Biz danışıqlar prosesində növbəti addımları müzakirə edəcəyik. Hər iki prezident dialoqun intensizləşməsinə dair niyyətini ifadə edib və həmsədrlər onlara müzakirələri asanlaşdırmaqda kömək edəcək".

 

Qeyd edək ki, C. Uorlik Ermənistana iyunun 9-da səfər edib.