Böyük Britaniyanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib (FOTO)

11 İyun 2015 12:40 (UTC+04:00)

Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, aksiya iştirakçıları "İngiltərə, ikili standartlardan əl çək!", "İngiltərə, ermənilərlə iş birliyin mübarək!", "London platformasının insan hüquqlarına nə aidiyyatı?!", "Azərbaycanda zor yox, hüquq işləyir!" və digər şüarlar səsləndiriblər.

Aksiyanın sonunda qətnamə oxunub. Qətnamə səfirliyə təqdim olunub. Qətnamədə Azərbaycana qarşı ikili standartlardan əl çəkilməsi tələb edilib.