Gənclər və idman naziri: “Avropa Oyunlarında əsas məqsədimiz daha yüksək nəticələr əldə etməkdir”

11 İyun 2015 19:10 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, bunu bu gün Prezident Administrasiyası ilə Gənclər və İdman Nazirliyinin I Avropa Oyunları ilə bağlı birgə mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov söyləyib. 


A. Rəhimov deyib ki, azarkeşlərin də idmançılarımıza dəstəyi mühüm amildir: "İndiyə qədər Avropanın komanda hesablarında 10-cu yerə çıxmışıq. Ona görə də Birinci Avropa Oyunlarında əsas məqsədimiz daha yüksək nəticələr əldə etməkdir".