Bürclərin xarakterlərinin zəif cəhətləri

12 İyun 2015 10:20 (UTC+04:00)

Qoç.

Məğlub olmağa dözə bilmirsiniz. Həmişə ilk sıralarda iştirak etməyə çalışmağı şüuraltınız məcbur edir.

Bu da baş ağrılarına səbəb ola bilər. Dərin nəfəs alın və bu sözləri təkrarlayın: Həyatın axışı üçün rahatam.


Buğa.

Təhlükəsizliyinizin sarsılmasından o qədər narahatlıq keçirirsiniz ki, heç risk etmirsiniz.

Rahatlıq və pulunuzu itirmək ən böyük qorxunuzdur.

Dəyişmək, müqavimət göstərmək yerinə işin yaxşı tərəflərini düşünün.

Hər şey sandığınızdan yaxşı olacaq.


Əkizlər.

Sizə veriləcək ən böyük cəza danışmadan bir dəqiqə keçirməkdir.

Zehininiz eyni anda bir çox düşüncəylə doludur,heç nə düşünməyin. İndiyə əsaslanın.


Xərçəng.

İnsanları mənimkilər və başqaları olaraq ikiyə ayırmayın.

Keçmişi bağışlamanın və duyğuları bir tərəfə buraxıb gerçəkləri qəbul etmənin tam zamanıdır.


Şir.

Həyatdan kef almaq, nizamın başçısı olmaq sizin üçün o qədər təbii ki.

Hər nə bahasına olursa olsun hər mühitdə maraq mərkəzi olmalısınız.

Etdiyiniz hər işə əyləncə qatın möcüzələrin reallaşdığını görəcəksiniz.


Qız.

Bunu qəbul edin: Ağılınızdakı bütün işləri mükəmməl olaraq bitirməyə ömürünüz çatmaz.

Hər axsaqlığı həll etməyə çalışmaq həzm sisteminizə zərər verə bilər.

İşə plan qurmadan yaşamaqla başlayın.


Tərəzi.

Hər kəsi məmnun etmək ən böyük məqsədinizdir.

Hər səhər aynaya baxıb ən az iki gözəl cəhətinizi kəşf edin sonra özünüzə səni sevirəm deyin.

Unutmayın həyatınızın mərkəzində siz varsınız.


Əqrəb.

Paylaşmaq sizin üçün həyatın məqsədidir. Amma qarşıdan eyni ehtirası görməsəniz məyus olursunuz..

Sevdiklərinizin yalnız sizə aid olmadıqlarını anlamağa çalışın.


Oxatan.

Sevinciniz və səyyah ruhunuz qabına sığmır Məhdudlaşdırılmaq və səbr etmək sizə görə deyil.

Tutarlı bir karierin yolu proyekt əsasında çalışmaqdan keçir.


Oğlaq.

Müvəffəqiyyətlərlə bəslənirsiniz.

Etibarınızı qorumaq adına idarəni əldən buraxmır təmkinli amma sistemli addımlar ataraq həmişə bir üstə doğru çıxırsınız.

Hər məsuliyyəti üzərinizə götürməməyi öyrənin.


Dolça.

Ən böyük qorxunuz sürünün içindəki qoyunlardan olmaq.

Qarşınızdakıların fikirlərinə qulaq asın Məntiqinizi bir kənara buraxaraq rahatlamaq üçün nəfəs məşqlərindən faydalanın.


Balıq.

Yaradıcı və mehribansınız amma bir az da detallara əsaslanın.

Həddindən artıq yemək siqaret çəkmək televiziya seyr etmək yatmaq kimi asılılıqlar sizə zərər verə bilər.