Kitabdan bitən ağaclar - VİDEO

12 İyun 2015 13:20 (UTC+04:00)

Argentinada fəaliyyət göstərən "Pequeño Editor" nəşriyyatı "Ağac Kitab Ağac" adlı maraqlı layihəyə başlayıb.


Movqe.az xəbər verir ki, layihə çərçivəsində nəşriyyat uşaqlar üçün turşusuz kağızdan, ekoloji mürəkkəbdən və jakardana toxumundan xüsusi kitablar hazırlayıb. Uşaqlar həmin kitabı oxuduqdan sonra onu əkib və yerində ağac bitməyə başlayıb.


Qeyd edək ki, bu cür kitabın hazırlanmasında məqsəd uşaqların ekoloji təfəkkürünü və onların təbiətə sevgisini artırmaqdır.