Atletlər kəndindəki qəza ilə bağlı rəsmi açıqlama
12 İyun 2015 11:30 (UTC+04:00)
Bakı 2015 Avropa Oyunlarının Əməliyyatlar Komitəsi
ötən gün baş verən qəza ilə bağlı yeni məlumat yayıb. Movqe.az
xəbər verir ki, BAOƏK-nin bəyanatında
bildirilir ki, hadisə 11 iyun tarixində saat 08:30-da baş verib.
Atletlər Kəndindinin Nəqliyyat deposunda avtobus Avstriya üzgüçülük
üzrə yığma komandasının üç idmançını vurub.
Fövqəladə xidmət əməkdaşları əraziyə cəlb olunub
və idmançılardan Luna Pajer və Vanessa Sahinovic dərhal xəstəxanaya
yerləşdirilib. Verena Breit adlı xanım idmançı isə Atletlər
Kəndinin poliklinikasında müalicə edilib. Verena Breit Azərbaycanda
müalicəsini davam etdirib. Luna Pajer və Vanessa Sahinovic isə
sonradan özəl tibbi təyyarə ilə Avstriyaya
göndərilib. Bakı 2015 mətbuat
xidmətinin rəhbəri bildirib ki, bu dəhşətli hadisədir və hazırda
bizim bütün diqqətimiz Oyunlarda iştirak edən idmançılara, onların
ailələrinə və Avstriya Nümayəndə Heyətinə yönəlib. Bildirilir ki,
hadisə indi polis tərəfindən araşdırılır və bu proses bitənə qədər
heç bir açıqlama verilməyəcək.