Azərbaycanda qadın pilotlar hazırlanacaq
12 İyun 2015 16:00 (UTC+04:00)
Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar
Cəmiyyətinin Milli Aviasiya Akademiyası 1-30 iyun tarixində pilot
ixtisası üzrə təlimlə bağlı qadınlar arasında eksperiment qəbulunun
başlandığını elan edib. AZAL-ın
mətbuat xidmətindən bildiriblər ki, müsabiqəyə qatılmaq istəyən
namizədlər aşağıdakı tələblərə uyğun olmalıdırlar. Yaş - 18-25, boy
- 160-180 santimetr, maksimum çəki - 75 kiloqram, Azərbaycan, rus
və ingilis dillərini sərbəst bilməli.
Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər
tələb olunur: şəxsiyyət vəsiqəsinin surəti (sənədlər verildikdə
əsli də təqdim edilir), təhsil haqqında sənədin əsli, 3х4 sm ölçüdə
şəkil, xarici dil biliklərini təsdiqləyən sertifikat (əgər
varsa).
Bütün sənədlər "Azərbaycan Hava Yolları" QSC-nin
Şəxsi heyətlə iş üzrə Baş idarəsinə təqdim
edilməlidir.
Müsabiqədə iştirak etmək üçün sənədləri təqdim
edən şəxslər Psixofizioloji funksiyaların icbari həkim-ekspert
qiymətləndirilməsi üzrə daimi fəaliyyət göstərən xüsusi
komissiyanın tibbi müayinəsindən mütləq
keçməlidirlər.