Bakıda kişilər arasında su polosu üzrə yarışlar start götürüb

13 İyun 2015 09:30 (UTC+04:00)

Yarışlar C və D qrupları üzrə müvafiq olaraq, Xorvatiya-Türkiyə və İspaniya-Malta matçları ilə start götürüb.


Azərbaycan millisinin çıxışı Rumıniya komandasına qarşı olacaq. Oyun 18:45-də başlayacaq.


C qrupunda həmçinin 20:30-da başlayacaq Monteneqro-Yunanıstan və D qrupunda 11:15-də başlayacaq Serbiya-Slovakiya oyunları keçiriləcək.


Bundan başqa, A qrupunda Rusiya-Ukrayna, İtaliya-Fransa oyunları baş tutacaq.


Bu gün həmçinin qadınlar arasında A və B qrupları üzrə su polosu yarışları keçiriləcək.


A qrupunda Böyük Britaniya-Almaniya, Macarıstan-İsrail və Yunanıstan-Niderland, B qrupunda isə Serbiya-Slovakiya, Rusiya-Fransa və İspaniya-İtaliya qarşıdurmaları keçiriləcək.


Bütün yarışlar Su Polosu arenasında baş tutacaq.