Sabah Azərbaycan ərazisində 37 dərəcə isti olacaq

13 İyun 2015 14:10 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Movqe.az-a verilən məlumata görə, şərq küləyi əsəcək. Küləkli hava şəraitinin davam edəcəyi gözlənilir.

 

Havanın temperaturu gecə 19-21, gündüz 29-31 dərəcə isti olacaq.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-24 dərəcə isti olacaq.

 

Sabah bölgələrində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. 

 

Havanın temperaturu gecə 17-22, gündüz 32-37, dağlıq və dağətəyi rayonlarda gecə 9-14, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.