Birinci Avropa Oyunlarında İsveçrə 2-ci qızıl medalını qazanıb

13 İyun 2015 17:20 (UTC+04:00)

Movqe.az-ın Apasport.az saytına istinadən məlumatına görə, Bilgəh Çimərliyində qadın idmançılar mübarizə aparıblar. Üzgüçülük, velosiped idmanı və qaçışda qüvvəsini sınayan triatlonçuların yarışında mükafatlar uğrunda 53 idmançı qüvvəsini sınayıb.

 

İsveçrəli Nikola Spiriq bütün rəqiblərini qabaqlayıb. O, finiş xəttinə 2 saat 28 saniyəyə sonra çataraq qızıl medallara yiyələnib. Nikola dağ velosipedi idmanında ən güclü olan Yolanda Neffi ardından ölkəsi üçün 2-ci çempionluğu əldə edib.

 

Məsafəni 2 saat 1 dəqiqə 44 saniyəyə qət edən hollandiyalı Rayçel Klamer gümüş mükafat qazanıb. 3-cü yeri ondan 2 saniyə geri qalan isveçli Liza Norden tutub.

 

Azərbaycan qadın triatlonçuların yarışında bir idmançı ilə təmsil olunub. 26 yaşlı Kseniya Levkovska finişə 2 saat 5 dəqiqə 47 saniyəyə çatıb. O, bu nəticə ilə 17-ci yeri tutub.

 

Qeyd edək ki, sabah kişi triatlonçuların yarışı keçiriləcək.