Prezident İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax ilə görüşüb

14 İyun 2015 09:30 (UTC+04:00)

Movqe.az-ın APA-ya istinadən xəbərinə görə, görüşdə birinci Avropa Oyunları barədə ətraflı fikir mübadiləsi aparılıb. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax birinci Avropa Oyunlarının ilk günlərində maraqlı yarışların olduğunu dedi. O, "Bakı-2015" birinci Avropa Oyunlarının açılış mərasiminin çox təntənəli keçdiyini vurğulayıb.

 

Prezident İlham Əliyev Tomas Baxın birinci Avropa Oyunlarına hərtərəfli dəstəyini xüsusi qeyd edərək bu amilin Oyunların əhəmiyyətini daha da artırdığını deyib. Dövlət başçısı birinci Avropa Oyunlarının ilk günündə Azərbaycan idmançılarının bir neçə medal qazanmasının önəmini qeyd edərək Azərbaycan Milli Olimpiya Komitəsi ilə Beynəlxalq Olimpiya Komitəsi arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib. Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığa mühüm töhfələr verdiyi qeyd olunub. Mötəbər beynəlxalq idman yarışlarının Azərbaycanda keçirilməsinin bunun yaxşı nümunəsi olduğu vurğulanıb.