ABŞ Şərqi Avropada ağır texnika yerləşdirə bilər

14 İyun 2015 10:30 (UTC+04:00)

Movqe.az-ın "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə  "The New York Times" nəşri rəsmi mənbələrə istinadən dərc etdiyi məqalədə bildirir.  

 

Nəşr qeyd edir ki, "Pentaqon Avropada mümkün Rusiya təcavüzünün qarşısını almaq məqsədi ilə    Baltikyanı və Şərqi Avropa ölkələrində  beş min amerikalı hərbçini təmin edilməsinə kifayət ola biləcək sayda tanklar, PDM və sair ağır  teknnika yerləşdirə bilər".

 

Nəşr bildirir ki, ABŞ hərbi texnikası regiondakı müttəfiq ölkələrin hərbi bazalarında  müxtəlif sayda yerləşdirilə bilər. Belə ölkələr arasında Litva, Latviya, Estoniya, Polşa, Rumıniya, Bolqarıstan və Macarıstan qeyd edilir.  

 

Məlumata görə, təklif hələlik Ağ Ev və müdafiə naziri tərəfindən dəstəklənməyib.