Güləşçimiz Həsən Əliyev növbəti mərhələdə - YENILƏNİR - CANLI YAYIM

14 İyun 2015 14:30 (UTC+04:00)

Bu gün Bakı-2015 Avropa Oyunlarında yunan-Roma güləşçiləri üzrə yarışlarda bütün qaliblər müəyyənləşəcək. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, ikinci yarış günündə çəkisi 66, 75, 85 və 130 kq olan pəhləvanlar münasibətlərinə aydınlıq gətirəcəklər. Aktivində 1 qızıl, 1 gümüş və 1 bürünc medal olan yığmamız bu gün də bütün çəki dərəcəsində təmsil olunacaq. Belə ki, 66 kq çəkidə Dünya və Avropa çempionumuz Həsən Əliyev mübarizəyə təsnifat mərhələsindən başlayıb. 25 yaşlı pəhləvanımız ilk görüşündə gürcüstanlı Saçino Davitaya ilə qüvvəsini sınayıb və 4:2 hesabı ilə qələbə qazanıb. O, 1/8 finalda xorvatiyalı Doniyel Yaneçiçlə güləşəcək. 75 kq-da yığmamızın aparıcı üzvlərindən Elvin Mürsəliyev də yarışa ilk mərhələdən qoşulacaq. O, slovakiyalı Riçard Riqo ilə üz-üzə gələcək. Rəqini məğlub edən idmançəməz növbəti mərhələyə yüksəlib. 85 kq-da Millimizin liderlərində olan Saman Təhmasibi ilk döyüşdə italiyalı Fabio Parisi (İtaliya) ilə qüvvəsini sınayacaq. O, mərhələ adlayarsa, Maksim Manukyan (Ermənistan) – Artur Omarov (Çexiya) cütünün qalibi ilə qarşılaşacaq. 130 kq-da komandamızın ən ağır çəkili pəhləvanı Sabah Şəriəti 1/8 finalda Mikola Kuçmi ilə üz-üzə gələcək.



66 kq

1/16 final - Saçino Davitaia (GEO) - Həsən Əliyev 2:4

1/8 final - Daniel Janecic (CRO) - Həsən Əliyev


75 kq

1/16 final - Riçard Riqo (SVK) - Elvin Mürsəliyev 0:8



85 kq

1/16 final - Saman Təhmasibi - Fabio Parisi (ITA)


130 kq

1/8 final - Sabah Şəriəti - Mikola Kuçmii (UKR)


Bütün azarkeşləri Heydər Əliyev adına İdman Sarayına dəvət edir, güləşçilərimizə dəstək olmağa çağırırıq.