"Neftçi İdman Klubu" İctimai Birliyinin rəhbəri qalib idmançısı ilə görüşüb

14 İyun 2015 16:30 (UTC+04:00)

Dünən yunan-Roma güləşi üzrə yarışlarda bir neçə çəki dərəcəsində qaliblər müəyyənləşdi. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, "Neftçi İdman Klubu" İctimai Birliyinin idmançısı Rəsul Çunayev bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Yarışdan sonra "Neftçi İdman Klubu" İctimai Birliyinin İdarəetmə aparatının rəhbəri Sadıq Sadıqov Avropa oyunlarında qızıl medal qazanan güləşçimizi təbrik edib və gələcək karyerasında uğurlar arzulayıb.