Sabah Şəriəti, Elvin Mürsəliyev finalda - YENİLƏNİR - CANLI VİDEO

14 İyun 2015 17:00 (UTC+04:00)

Bu gün Bakı-2015 Avropa Oyunlarında yunan-Roma güləşçiləri üzrə yarışlarda bütün qaliblər müəyyənləşəcək. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, ikinci yarış günündə çəkisi 66, 75, 85 və 130 kq olan pəhləvanlar münasibətlərinə aydınlıq gətirəcəklər. Aktivində 1 qızıl, 1 gümüş və 1 bürünc medal olan yığmamız bu gün də bütün çəki dərəcəsində təmsil olunacaq. Belə ki, 66 kq çəkidə Dünya və Avropa çempionumuz Həsən Əliyev mübarizəyə təsnifat mərhələsindən başlayıb. 25 yaşlı pəhləvanımız ilk görüşündə gürcüstanlı Saçino Davitaya ilə qüvvəsini sınayıb və 4:2 hesabı ilə qələbə qazanıb. O, 1/8 finalda xorvatiyalı Doniyel Yaneçiçlə görüşüb və qələbə qazanıb. Bu qələbə sayəsində o, növbəti mərhələyə yüksəlib. 1/4 finalda belaruslu idmançını məğlub edən idmançımız 1/2 finala yüksəlib. 75 kq-da yığmamızın aparıcı üzvlərindən Elvin Mürsəliyev də yarışa ilk mərhələdən qoşulub. O, slovakiyalı Riçard Riqo ilə üz-üzə gəlib. Rəqini məğlub edən idmançəməz növbəti mərhələyə yüksəlib. Elvin İonel Puskasada qalib gələrək 1/4 finala yüksəlib. Elvin 1/4, 1/2 final mərhələsindədə qalib gələrək finala yüksəlib

85 kq-da Millimizin liderlərində olan Saman Təhmasibi ilk döyüşdə italiyalı Fabio Parisi (İtaliya) ilə qüvvəsini sınayıb. İdmançımız qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. O, növbəti mərhələdə Maksim Manukyana (Ermənistan) məğlub olub. 130 kq-da komandamızın ən ağır çəkili pəhləvanı Sabah Şəriəti 1/8 finalda Mikola Kuçmi ilə üz-üzə gəlib. Təmsilçimiz rəqibinə qalib gələrək 1/4 mərhələyə yüksəlib və bu mərhələdə qalib gələrək 1/2 finala yüksəlib. Sabah bu mərhələdəd qalib gələrək finala yüksəlib. 


66 kq

1/16 final - Saçino Davitaia (GEO) - Həsən Əliyev 2:4

1/8 final - Daniel Janecic (CRO) - Həsən Əliyev 0:5

1/4 final - Mixail Siamionau (BLR) - Həsən Əliyev 0:3

1/2 final - Həsən Əliyev


75 kq

1/16 final - Riçard Riqo (SVK) - Elvin Mürsəliyev 0:8

1/8 final - Elvin Mürsəliyev - Ionel Puskasu (ROU) 2*:2

1/4 final - Çingiz Labazanov (RUS) - Elvin Mürsəliyev 2:4

1/2 final - Elvin Mürsəliyev - Zurabi Datunaşvili (GEO) 3:2

FİNAL - Viktor Nemes (SRB) - Elvin Mürsəliyev



85 kq

1/16 final - Saman Təhmasibi - Fabio Parisi (ITA) 8:0

1/8 final - Maksim Manukyan (ARM) - Saman Təhmasibi 9:0


130 kq

1/8 final - Sabah Şəriəti - Mikola Kuçmii (UKR) 8:0

1/4 final - Jakobi Kajaia (GEO) - Sabah Şəriəti 2:5

1/2 final - Ioseb Çuqoşvili (BLR) - Sabah Şəriəti 0:6

FİNAL - Rıza Kayaalp (TUR) - Sabah Şəriəti


Bütün azarkeşləri Heydər Əliyev adına İdman Sarayına dəvət edir, güləşçilərimizə dəstək olmağa çağırırıq.