Avropa Oyunlarında bu gün su polosu yarışlarında növbəti oyunlar təşkil olunub. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Vaterpol Arenasında kişilər III, qadınlar isə VI turun görüşlərində qüvvələrini sınayıblar. Kişi komandaların mübarizəsində B qrupunda yer alan millimiz növbəti görüşünü keçirib. İlk iki qarşılaşmadan məğlub ayrılan komandamız saat 18:45-də Almaniya ilə qarşılaşacaq. Qadınların mübarizəsində isə A qrupunda Yunanıstan – Almaniya və Hollandiya – Macarıstan oyunları keçiriləcək.