Bakı-2015: Gimnastika yığmamız bürünc medalın bir addımlığındadır - FOTO

15 İyun 2015 17:30 (UTC+04:00)

Movqe.az saytının məlumatına görə, Milli Gimnastika Arenasındakı yarışların 2-ci günündə kişi komandaların mübarizəsinə yekun vurulacaq.

 

26 komandanın mübarizəyə başladığı yarış Azərbaycan millisi üçün tarixi uğurla başa çatır. Heyətində Oleq Stepko, Petro Paknyuk və Eldar Səfərovun çıxış etdiyi komandamız Avropa Oyunlarının bürünc mükafatçının bir addımlığındadır.

 

6 hərəkətin cəmində 174,195 xal qazanan yığmamız fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Komandamız yalnız Rusiya (178,963) və Ukraynadan (177,429) geri qalır.

 

Qeyd edək ki, fərdi yarışında Stepko təsnifat mərhələsini 3-cü pillədə başa vurub. Yekunda 88,231 xal toplayan gimnastımız ukraynalı Oleq Vernyayev (91,532) və rusiyalı Nikita İqnatyevdən (89,065) geri qalıb. Digər təmsilçilərimiz Petro Paknyuk 73,231, Eldar Səfərov isə 69,665 xal yığıb.