Qoç- yaxın ətrafınızdakı insanlar sizdən
diqqət və səlislik gözləyirlər. Ehtiyatlı olun. Risk və qorxu
istisna deyil. Ciddi itkilərdən yan qaça biləcəksiniz, amma məqsədə
çatmaqla bağlı problemlər yarana bilər. Günün ikinci yarısında
ciddi insanın məsləhətinə və köməyinə ehtiyacınız olacaq.
Münasibətlərdə və təmaslarda ehtiyatlı, səlis olun. Bədxahlarınız
yaranmış vəziyyətdən sui-istifadə etməyə çalışa bilərlər. Gizli
saxlamağa çalışdığınız məlumat, yaxud da informasiya faş ola
bilər. |
Buğa- ətrafda nələrin baş verməsindən
asılı olmayaraq təmkinli və səbrli olun. Başqalarının, daha
emosional və təmkinsiz insanların qarşılaşdıqları insanların
problemlərini bu minvalla dəf edə bilərsiniz. Yaxın saydığınız
insanlarla ünsiyyət sizə rahatlıq, sakitlik bəxş edəcək.
Qısamüddətli, amma yorucu olmayan səfərə çıxa bilərsiniz. Bu gün
yaşam tonusu aşağıdır. Axşam saatlarında özünüzü yorğun hiss
edəcəksiniz. Alış-veriş üçün əlverişli gündür. |
Əkizlər- yeni ideyalar və planlar
sarıdan şikayətçi olmayacaqsınız. Əfsuslar olsun ki, bu gün bütün
ideyalarınz yaxşı deyil. Bəzən faydalı nə isə yox, özünüz və
ətrafınız üçün problemlər yaradırsınız. Yaxşı ki, ətrafınızdakı
insanlar əhvalınızın yaxşılaşmasına səbəb olacaqlar. Sevdikləriniz
sizə yaxşı məsləhət verəcək, ailə üzvləriniz isə problemlərdən
qorumağa çalışacaqlar. Qəm yeməyin, hər şey yaxşı olacaq. Dostlarla
ünsiyyət və romantik görüş üçün əlverişli gündür. Fəqət, bu gün
bağlı uzunmüddətli, ciddi planlar qurmayın. Səhvə yol verilməsi,
məqsədlərin dəqiq müəyyənləşdirilməməsi ehtimalı az deyil. |
Xərçəng- bu gün təmas və ünsiyyətlər nə
qədər çox olarsa, gün o qədər uğurlu keçəcək. İnsanaların gur
olduğu yerdə vaxt keçirmək, diqqət cəlb etmək, bildiklərinizi
bölüşmək və başqalarının problemlərini müzakirə etmək
istəyəcəksiniz. İnsanlara yardım etmək, alicənab davranmaq,
kimsənin xətrinə dəyməmək - bugünkü davranışınızdır. Yaxın
ətrafınızla təmaslarda səmimi və gülərüz olun. Şəxsi münasibətlərdə
yeni, başgicəlləndirci tanışlıq mümkündür. Adət və vərdişlərinizin
bir qismini dəyişin, sizi sevən insanları heyrətləndirin. Ailə
üzvləri ilə münasibətlər rəvan olacaq. İşlərdə səhvlərə yol
verməməyə çalışın. |
Şir- tərəfdaş və müttəfiq, habelə
həmfikir axtarmaq üçün əla gündür. Sizə ən çətin anlarda dayaq və
dəstək ola biləcək insanlara güvənin. Yaradıcılıqla bağlı yeni
perspektivlər, imkanlar yaranır. Bu gün alacağınız informasiya
faydalı olacaq, işinizə yarayacaq. Yeni romantik təmasın və
münasibətin başlanması mümkündür. Bəzi adamlarla fikir, maraq və
həyat mövqelərinizin çox bənzədiyini anlayacaqsınız. Səfər, qəfil
təklif, gözlənilməz dəvət mümkündür. Unutmayın ki, həyatda nə qədər
çox şansınız yaranırsa, bir o qədər yaxşıdır. |
Qız- bu gün ciddi və pozitiv olun. Sizə
əziz olan insanların problemlərinizi həll etməyə başlayacağını
gözləməyin. Fəal, müstəqil olun, dəstək və təqdir, təşəkkür
gözləməyin. Zəhmətkeş və diqqətli olun, əks təqdirdə çox mühüm
məqamı buraxa bilərsiniz. Kiçik xərclər, məsrəflər, uğursuz
alış-veriş mümkündür. Bu gün əsla geyim almayın. Ekstravaqant
paltar alacağınız, sonra da bu paltarı aldığınıza heyfislənəcəyiniz
istisna deyil. Əks cinsin mənsubları ilə münasibətlər əsəbi, gərgin
olacaq. |
Tərəzi- bu gün bacarıq, bilik və
imkanlarınızı tam miqyasda aşkarlaya, nümyiş etdirə biləcəksiniz.
Başqalarının bacarmadıqları, yerinə yetirə bilmədikləri işin
öhdəsindən gələcəksiniz. Çoxsaylı maneələri, sədləri asanlıqla dəf
edəcıksiniz, çətinliklərdən keçəcəksiniz. Yaxın ətrafınızdakı
insanların xətrinə sözlərinizlə dəyə bilərsiniz, amma onların
incikliyi çox davam etməyəcək. Dəyişikliklər, cəsur ideyaların
həyata keçirilməsinə hazırsınız. Dəyər verdiyiniz insanları
düşünün, bu minvalla münaqişələrə yol verməyin. |
Əqrəb- ciddi və dərin hisslər,
gərginliklər, problemlər istisna deyil. Hətta emosional şok da ola
bilər. Halbuki situasiya soyuqqanlılıq və düşünülmüş həllər tələb
edir. Təmkinli olun, problemləri həll etməyə çalışın. Nəticə əldə
etməyə çalışın. Köhnə dostlar sizi təəssüfləndirə bilər. Yeni
bədxahlarınızın peyda olması istisna deyil. Ehtiyatlı və diqqətli
olsanız, problemlərin öhdəsindən gələ bilərsiniz. |
Oxatan- gün heç də yaxşı başlamayacaq.
Əhvalınızı pozacaq xırdalıqlar ola bilər. Özünüzə inamı itirməyin,
ruhdan düşməyin. Nəticələrlə bağlı tələskənliyə yol verməyin,
situasiyanı dəqiq və hərtərəfli dəyərləndirin. Əks halda ciddi
yanlışlıqlar və səhvlər ola bilər. Günün ikinci yarısından etibarən
situasiya tədricən dəyişəcək, müsbət təmayüllər güclənəcək. Yeni
ideyalar peyda olacaq və onları böyük istəklə gerçəkləşdirməyə
başlayacaqsınız. Lakin yorula bilərsinz. Axşam saatlarını sakit
istirahətə həsr edin. |
Oğlaq- asan gün deyil. Görüləsi işlər,
həll ediləsi problemlər həddən ziyadə ola bilər. Ruhdan düşməyin.
Maraqlı imkanları əldən buraxıb yanlış addım atmayın. İşdə
rəhbərliklə ünsiyyətdə problemlər yarana bilər. Anlaşılmazlıq üçün
ən xırda iş, kiçik məsələ yetərli olacaq. Fəqət, günün xoş yönləri
də var. Şəxsi həyatda işləriniz qaydaya düşməyə başlayacaq,
sevdiyiniz insanla aranızdakı anlaşılmazlıq aradan qalxacaq.
Romantik görüş üçün əlverişli gündür. Yaşam potensialı yüksəkdir,
xəstəlik və rahatsızlıqdan qorxmayın. |
Dolça- çətin və mürəkkəb gün olacaq.
Qətiyyətli addımları təxirə salın, riskli planlardan imtina edin.
Bəzən sizə elə gələcək ki, ətrafınızdakı adamlardan kimlərsə düzgün
davranmır, sizi qəsdən qıcıqlandırmağa çalışır. Səbrli, təmkinli
olun. Ailə qayğıları diqqət və qayğı tələb ediləcək. Evdəki
problemlər bütün diqqəti işə yönəltməyə imkan verməyəcək. Yaxın
insanların dəstəyinə ehtiyacınız var. Xoş sözlə yanaşı, maliyyə
köməyi alsanız, pis olmaz. Planlaşdırılmamış xərclər etməyin - belə
məsrəflərə haqq qazandırmaq çətin olacaq. |
Balıqlar- neytral gün olacaq. Qarşınıza
qoyduğunuz məqsədlərə çatmaq üçün səy göstərmək gərəkdir. Planların
gerçəkləşməsi qətiyyət və inadınızdan asılıdır. Yalnız qələbəyə can
atın. Komplekslər və zəifliklərinizin öhdəsindən gəlməyə çalışın.
Səhhətinizə diqqət yetirin. Bu gün yaşam tonusunuzun aşağı düşməsi,
halsızlaşmaq ehtimalı var. Qadınlarla münaqişələr yarana bilər.
Qohumlarla problemlər yaratmayın, çünki sonra barışmaq çətin
olacaq. |