Təmas xəttində yanğın baş verib

16 İyun 2015 10:00 (UTC+04:00)
Tərtər rayonu, Qapanlı kəndində təmas xətti boyun növbəti dəfə yanğın baş verib. Movqe.az-ınFHN-nin saytına istinadən verdiyi məlumata görə, təmas xətti boyu 14 hektar sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı taxıl zəmiləri və tikililər yanğından mühafizə olunub. Yanğın saat 21:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Qeyd edək ki, iki gün əvvəl Ağdam rayonunun Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunan kəndləri ilə təmas xəttində güclü yanğın baş vermiş, yanğını erməni hərbçilərinin törətdiyi bildirilmişdi.