Deputatdan erməniyə uduzan idmançıya dəstək
16 İyun 2015 11:00 (UTC+04:00)
"İdmandan xəbəri olmayan, idman
ücün, idmançı üçün bir iş görməyən adamcıqlar bu gün idmançını
müzakirəyə çıxarıb, onları tənqid, hətta təhqir
edirlər".
Movqe.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası
Kinqboks Federasiyasının prezidenti, deputat Adil Əliyev
bildirib.
A.Əliyevin sözlərinə görə, idmançıya məşqçisindən başqa heç kimin
güldən ağır söz deməyə ixtiyarı yoxdur: "Əvvəla, belə mötəbər
yarışlara elə-belə, sıradan idmançılar buraxılmırlar. Yəni, nə biz
tərəfdən, nə də rəqib tərəfdən. Yarışlarda isə bir çəki dərəcəsində
yalnız bir qızıl medal olur ki, onun üstündə güclü mübarizə
aparılır. Ölkəsindən və millətindən asılı olmayaraq daha hazırlıqlı
və bəxti gətirən idmançı qalib çıxa bilər. Hamıya məlumdur ki, iki
idmançıdan biri qalib olmalıdır. Bu dəfə idmançımızın bəxti
gətirmədi. Nə etmək olar? Bu idmandır. İndi durub hamımız düşək bu
idmançının üstünə ki, sən uduzmusan. Əgər, biz bu cür kampaniyaya
dəstək versək, başqa idmançılarımızı da ruhdan salarıq. Nəzərə
alsaq ki, bizi hələ çox maraqlı yarışlar gözləyir. O yarışlarda da
başqa millətin nümayəndələri iştirak edəcəklər. Dostlar gəlin
birlikdə, bu ağır və şərəfli işdə idmançılarımızın yanında olub,
onlara dəstək olaq. Allah millətimizə kömək olsun".