Qəhvə içmək üçün günün ideal saatı hansıdır?

16 İyun 2015 16:50 (UTC+04:00)

Günün hansı saatı qəhvə kefinə ən uyğun vaxtdır? Elm dünyasına görə günün üç ayrı vaxtı, bioloji saatımıza görə qəhvəyə ən uyğun olduğumuz anlardır.


Qəhvə içmək üçün günün ən ideal vaxtı nədir?

Movqe.az "AsapScience" adlı internet saytına əsasən xəbər verir ki, ən yaxşı saatlar (08.00-09.00), (12.00-13.00) və (17.30-18.30) xaricindəki saatlardır. Sayta görə, hamımızın "circadian saat" olaraq bilinən bioloji saatı var. Bu saat, bədənimizdəki bir çox müddəti təşkil edir. Buna gün içində nə qədər yuxulu olduğumuz da daxildir. Kortizol adlı hormonun ifrazından da bu saat məsuldur. Buna stress hormonu da deyilir. Çünki bu hormon, bədənin "döyüş ya da qaç" hallarında ifraz olunur. Kortizol, gün içindəki oyanıqlıq halıyla da əlaqəlidir. Sabah 08.00-lə 09.00 arasında bədəndəki kortizol səviyyəsi zirvəyə çıxır. Bu bədəninizin sizi oyatmaq üçün təbii bir mexanizmi olması mənasını verir. Və kafeinin bu mexanizmi tamamlayıcı bir funksiyası olduğunu düşünürsünüzsə səhv edirsiniz. Çünki mütəxəssislər kortizol istehsalının ən üst səviyyəyə çıxdığı zamanlarda qəhvə ya da enerji içkisi istehlak etmənin kafeinin təsirini əhəmiyyətli ölçüdə azaltdığını və uzun müddətli bu maddəyə qarşı immunitet inkişaf etdirdiyi xəbərdarlığını edib. Yəni həm daha az canlanırsınız, həm də gələcəkdə daha çox qəhvə içməniz lazım olur. Bu səbəblə, qəhvə içmək üçün yəqin ki, ən yaxşı zaman kortizol "qabarmasından" sonra, səhər saat doqquzdur.


Elm adamlarına görə, kortizol günün dəyişik saatlarında yenidən zirvəyə çıxır. Bunlar, 12.00-13.00 və 17.30-18.30 arasıdır. Bu səbəblə qəhvə içmək üçün ən yaxşı zamanlar bunların xaricindəki saatlardır. Bəs həddindən artıq dərəcədə erkən ya da gec qalxanda nə olur? Qalxan kimi qəhvə içilə bilərmi? Xeyr. Elm adamlarına görə, kortizol səviyyəsi oyandıqdan dərhal sonra 50% nisbətində artır. Bu səbəblə mütəxəssislərin tövsiyəsi qəhvə içmək üçün bir saat gözləməkdir.