Paytaxtın iki məktəbinin taleyi məlum oldu
13 Sentyabr 2012 13:51 (UTC+04:00)
"Bakının 287 saylı "Zəkalar" liseyi ilə 88
saylı orta məktəbin yeri dəyişdiriləcək. Bununla bağlı əmr
qüvvədədir". Bunu Lent.az-a açıqlamasında Bakı Şəhər Təhsil
İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı
bildirib. Sektor müdirinin sözlərinə görə, buna səbəb 360 yerlik
binada 1150 şagirdin təhsil almasıdır: "Bildiyiniz kimi, "Zəkalar"
liseyində 1000-dən artıq şagird təhsil alsa da, məktəbin yerləşdiyi
bina cəmi 360 yerlikdir. Bundan fərqli olaraq, 88 saylı məktəbdə
360 şagird olsa da, məktəbin tutumu 1176 nəfərdir. Bu məqsədlə qeyd
olunan məktəblərin yeri dəyişdiriləcək".
Z. Əliqızı onu da vurğulayıb ki, hazırda
hər iki məktəbdə təmir işləri gedir. "Mən onu da qeyd edib ki, 287
saylı "Zəkalar" liseyi paytaxtın ən güclü təhsil
müəssislərindəndir" -deyə, sektor müdiri əlavə edib.