ASALA Azərbaycanı yenə təhdid etdi

13 Sentyabr 2012 15:37 (UTC+04:00)

ASALA Azərbaycanın diplomatik missiyalarına növbəti təhdid məktub göndərib. Bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.

"Nor-Asala" ("Yeni Asala") Azərbaycanın diplomatik missiyalarının nümayəndələri və türk diplomatların ünvanlarına hədələyici məktubu Azərbaycanın bir neçə səfirliyinə göndərib.

Türk dilində yazılan 6 səhifəlik məktubda guya, İranın dəstəyi ilə Livanda təşkilatın yaradılması barədə məlumat verilir.

Qeyd edək ki, ASALA bir müddət əvvəl Ramil Səfərovun ekstradisiyası ilə bağlı Azərbaycanın Macarıstandakı səfirliyinə də təhdid məktubu gönədmişdi və səfirliyin bəzi əməkdaşlarının adlarını çəkərək onların öldürüləcəyini bildirmişdi.