Rəqsanənin verilişi dayandı - açıqlama

16 İyun 2015 20:00 (UTC+04:00)

Movqe.az xəbər verir ki, sənətçi Axşam.az-a açıqlamasında bunun səbəbləri haqda danışıb:


"Avropa Oyunlarına görə proqramı saxladıq. Amma çəkilişlərim davam edir. Verilişdə bir çox ailəyə yardım edirik. Sentyabrdan yenidən yayımlanacaq. Bununla yanaşı daha bir veriliş üzərində işləyirəm. O da payızda ATV-də efirə gedəcək".


R.İsmayılova aparıcılığına irad bildirənlərə də cavab verib:


"Peşəkar aparıcı, siyasətçi deyiləm. Mən ifaçıyam, Azərbaycan qadınıyam. Verilişim olmayanda da insanlara kömək əli uzadırdım. Düşündüm ki, bunu başqa proqramlarda etməkdənsə, özüm veriliş açım. Kiməsə kömək etdikcə, özümlə fəxr duyuram. Biz toylara gedirik, pul qazanırıq. İnsanlara kömək etməyi özümə borc bilirəm". 


ATV-nin "Xəbərlər " departamentinin rəhbəri Vaqif Aydınoğlu da "Göz önündə"nin yayımdan qaldırılması məsələsinə aydınlıq gətirib:


"Avropa Oyunları ilə bağlı telekanalda dəyişiklik edilib. İnformasiya sıxlığı yaranıb. Ona görə də bir çox proqramlarımız yay tətilinə yollanıb. Eləcə də "Göz önündə" verilişi dayandırıldı. Payızda yenidən yayımlanacaq".