"Qadının kişisiz qalması günahdır" - Vüsalə

17 İyun 2015 16:20 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, bu sözləri aparıcı Vüsalə Əlizadə "Gün üzü" verilişində deyib. O, ayrılan kişi və qadınların sonrakı durumlarından bəhs edib:


"Ailə dağıldıqdan sonra hər iki tərəf müəyyən müddət hisslərini cilovlaya bilər. Amma həyatını qaydaya saldıqdan sonra yenidən ailə qurmalısan. Bir müddət sonra valideyni itirirsən, övladın ailə qurur. Sən tək qalmamaq üçün bu addımı atmalısan. Qadınlar istəyirlər ki, övladı yad kişi yanında böyüməsin. Buna görə də əksər hallarda ikinci dəfə gec ailə qururlar. Ailədə problem varsa, bunu iki tərəf danışaraq çözməlidir. Kənardan kiminsə müdaxiləsi olmamalıdır. Kişi də, qadın da ailəyə can qoymalıdır".