Ermənistan əhalisi üçün elektrik enerjisi tarifləri 16% artıb

17 İyun 2015 18:10 (UTC+04:00)

Ermənistan əhalisi üçün elektrik enerjisinin gündüz tarifləri 16%, 1 kVt/saat elektrik enerjisi 41,85 dramdan 48,78 drama (hazırkı məzənnəyə ilə 10,3 sent) qədər artıb.

 

Movqe.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə qərar ölkənin İctimai xidmətlərin tənzimlənməsi komissiyasının iclasında qəbul edilib.

 

Mütləq mənada bütün istehlakçıları üçün tarif 6,93 dram artıb. Yalnız ən iri istehlakçılar üçün (110 kVt) tarif 4,43 dram artıb.

 

Müvafiq olaraq əhali üçün gecə tarifləri 31,85 dramdan 38,78 drama qədər artırılıb.

 

6(10) kVt elektrik enerjisi istifadə edən abonentlər üçün gündüz tarifləri 38,85 dramdan 45,78 drama, gecə tarifləri isə 28,85 dramdan 35,78 drama qaldırılıb.

 

35 kVt elektrik enerjisi istifadə edən abonentlər üçün gündüz tarifləri 32,85 dramdan 39,78 drama, gecə tarifləri isə 28,85 dramdan 35,78 drama qaldırılıb.