Türkiyəli əlil deputat BMT-nin İnsan Haqları Komitəsində

13 Sentyabr 2012 17:53 (UTC+04:00)

Türkiyəli millət vəkili Şafak Pavey BMT İnsan Haqları Komitəsinin üzvü seçilib.

Lent.az-ın "haberturk.com" saytına istinadən verdiyi məlumata görə, BMT-də keçirilən seçkilərdə ən çox səs alan iki namizəddən biri olan Şafak Pavey ilə Türkiyə ilk dəfə BMT İnsan Haqları Komitəsində təmsil olunacaq.
CHP-nin İstanbuldan seçilmiş vəkili olan Şafak Pavey dünyada insan haqlarının müdafiəsi üçün səylərini əsirgəməyəcəyini söyləyib.
Qeyd edək ki, Şafak Pavey I qrup əlildir. Onun bir ayağı amputasiya olunub. O, bir müddət əvvəl ABŞ dövlət Departamentinin 2012-ci il "Beynəlxalq Cəsur Qadınlar" mükafatına layiq görülüb, dünyanın ən bacarıqlı 10 gənci arasında yer alıb.